“İran uranın zənginləşdirilməsini tamamilə dayandırmayacaq”

26 Fevral 2026 21:01

İran uranın zənginləşdirilməsini və ya ehtiyatlarının ixracını tamamilə dayandırmağa razı olmayacaq.

Milli.Az xəbər verir ki, bu haqda "Al Alam TV" yüksək rütbəli İran rəsmisinə istinadən məlumat yayıb.

"Əl-Cəzir"ə mənbələrinə görə, İran ABŞ ilə danışıqlar zamanı uranın zənginləşdirilməsini müvəqqəti olaraq məhdud müddətə dondurmağı təklif edib.

Milli.Az