Türkiyə Prezidenti Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım etdi - FOTO

26 Fevral 2026 17:45

Xocalı soyqırımının 34-cü ildönümündə, qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə, hüznlə anır, dost və qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm.

Milli.Az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" sosial şəbəkə hesabında yazıb.

"Ağrısını hər zaman ürəyimizin ən dərinlərində hiss edəcəyimiz bu insanlıqdan kənar soyqırımını heç vaxt unutmayacağıq", - deyə paylaşımda qeyd edilib.

Milli.Az