Bakıda evdən meyit tapıldı

26 Fevral 2026 17:52

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunda 1 nəfərin fərdi yaşayış evində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Milli.Az