Prodüser-aparıcı Tarix Əliyev (Tolik) haqqında son günlər mediada və sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılıb.
Milli.Az xəbər verir ki, iddialara görə, onun aparıcısı olduğu veriliş bağlana bilər, eyni zamanda Space TV-də musiqi departamentinin rəhbəri vəzifəsinə təyin olunacağı bildirilirdi.
Tarix Əliyev səsləndirilən xəbərlərə sərt reaksiya verib. O, açıqlamasında dəqiqləşdirilməmiş informasiyaların tirajlanmasından narazı qaldığını vurğulayıb.
Aparıcı media nümayəndələrinə müraciət edərək bildirib ki, onunla bağlı məlumat yayarkən qeyri-rəsmi və etibarsız mənbələrə istinad edilməməlidir. O, xüsusilə sosial şəbəkə səhifələrinin rəsmi mənbə kimi təqdim olunmasına etiraz edib və təsdiqlənməmiş xəbərlərin yayılmasının ona əlavə narahatlıq yaratdığını qeyd edib.
Hazırda Tarix Əliyevin verilişinin taleyi və yeni vəzifəyə mümkün təyinatı ilə bağlı rəsmi təsdiq yoxdur. Məsələ ilə bağlı yekun qərarın yaxın günlərdə açıqlanacağı gözlənilir.
Musa
Milli.Az