"Qarabağ" futbol klubunun zədələnən futbolçusu Kamilo Duranın vəziyyətinə aydınlıq gətirilib.
Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" ilə cavab oyununda zədələnən Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır. Həkimlər yekun rəy verdikdən sonra ətraflı məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, kolumbiyalı futbolçu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl Yunayted" - "Qarabağ" (3:2) oyununun 69-cu dəqiqəsində zədələnərək meydanı tərk edib.
Milli.Az