Ramiz Əzizbəylinin həyat yoldaşı VƏFAT ETDİ

26 Fevral 2026 16:19

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli vəfat edib.

Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, Zümrüd Əzizbəyli bir ay komada qaldıqdan sonra dünyasını dəyişib.

Bu barədə sayta R.Əzizbəylinin qardaşı gəlini Nərmin Əzizbəyli bildirib. O qeyd edib ki, Z.Əzizbəyli uzunsürən xəstəlikdən sonra ötən gün həyatını itirib.

Xatırladaq ki, Ramiz Əzizbəyli 2021-ci ildə uzunsürən xəstəlikdən sonra vəfat edib.

Milli.Az