"Qız Atası" aktrisası illər sonra ÜZƏ ÇIXDI - FOTOlar

28 Fevral 2026 14:04

Tanınmış aparıcı və "Qız Atası" serialının aktrisası Nərgiz Məmmədova uzun müddətdir efirə çıxmamasının səbəbini açıqlayıb.

Milli.Az xəbər verir ki, o, "Gün Ortası" verilişində şəxsi qərarını izləyicilərlə bölüşüb.

Məmmədova bildirib ki, efir dəvətləri çox olub və hər dəfə hörmətini və təşəkkürünü bildirib, lakin xüsusi səbəb olmadığı üçün iştirak etməyib:

"Efirə çox dəvət almışam. Hamsına sevgimi və təşəkkürümü bildirmişəm. Ancaq özəl bir səbəbim yoxdu deyə getmirəm. Gəlib nə danışacağam? Hazırda bir işlə məşğul deyiləm, qeybət mənlik deyil, istəmirəm".

Aktrisa həmçinin həmkarı Zümrüdün onu efirə dəvət edərkən yaşadığı qəribə hissdən danışıb:

"Zümrüd məni çağıranda qəribə həyəcan keçirdim. Dedi ki, səni Afaqa sürpriz etmək istəyirik. İçimdə razı oldum, ancaq bir az zaman istədim. Dedim ki, gəlib qutudan çıxacağam? (gülür)".

İzləyicilər tele-aparıcı üçün darıxdıqlarını ifadə ediblər.

Musa
Milli.Az