Sumqayıtda 8 aylıq hamilə xəstəxanada həyatını itirib.
Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında (TTYX) qeydə alınıb.
Belə ki, 32 həftəlik hamilə olan 1996-cı il təvəllüdlü Ayşa Əfəndi qızı Andriaşvili komatoz vəziyyətdə Sumqayıt şəhər TTYX-yə çatdırılıb.
O, tibb müəssisəsində qəflətən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az