Spallettinin taleyinə aydınlıq gətirildi

26 Fevral 2026 12:30

"Yuventus"un idman direktoru Corco Kellini yanvar ayından gündəmdə olan məsələyə aydınlıq gətirərək, baş məşqçi Luçano Spalletti ilə əməkdaşlığın davam edəcəyini təsdiqləyib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  klub rəhbərliyi mütəxəssislə yeni müqavilə imzalamaq üçün hazırlıqlara başlayıb.

Kellini bu məsələnin heç vaxt şübhə doğurmadığını bildirib:

"Luçano Spalletti ilə yeni müqavilə məsələsi heç vaxt sual altında olmayıb. Bu, bizim əsas prioritetlərimiz sırasındadır. Yaxın vaxtlarda bir araya gələrək müqavilənin

detallarını müzakirə edəcəyik".

Qeyd edək ki, "Yuventus" rəhbərliyi yanvar ayından bəri Spallettinin komandadakı gələcəyi ilə bağlı müsbət rəylərini bölüşürdü. Rəsmi görüşün qısa müddətdə baş tutacağı və yeni müqavilənin şərtlərinin dəqiqləşəcəyi gözlənilir.

Milli.Az