Tanınmış idmançı vəfat etdi

26 Fevral 2026 12:22

Türkiyənin milli idmançısı Sevdenur Gülçiçek vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Reqbi Federasiyası bildirib.

"Milli idmançımız Sevdenur Gülçiçekin uzun müddət xərçənglə mübarizə apardıqdan sonra vəfat etdiyini dərin kədərlə öyrəndik. Ölkəmizi təmsil edən dəyərli idmançımızın qətiyyəti, mübarizəsi və xarakteri həmişə xatırlanacaq. Sevdenura Allahdan rəhmət diləyir, kədərli ailəsinə, yaxınlarına və bütün idman ictimaiyyətinə başsağlığı verir və güc duaları edirik" .

Qeyd edək ki, xərçəng xəstəliyini iki dəfə məğlub edən Gülçiçək sonradan beysbol və softbolla məşğul olub. O, Türkiyə çempionatlarını qazanıb və milli komandanı təmsil edib.

Milli.Az