Azərbaycanda plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə iki mərkəz yaradılıb.
Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında səhiyyə naziri Teymur Musayev estetik əməliyyatlar sahəsində görülən işlər barədə danışarkən deyib.
"Onlardan biri Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində fəaliyyət göstərir. Burada xüsusi şöbə yaradılıb, tam kadr təminatı aparılıb və ən müasir avadanlıqlarla təchiz edilib. Digər mərkəz isə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun klinik bazası olan Plastik və Rekonstruktiv Cərrahiyə Klinikasında yerləşir. Klinika əsaslı təmir olunub və yaxın günlərdə açılışı nəzərdə tutulur", - nazir bildirib.
Milli.Az