Müğənni və aktyor Sərxan Kərəmoğlu qalmaqallı açıqlamaları ilə gündəm olub.
Milli.Az xəbər verir ki, o, efirdə yayımlanan bəzi verilişlərin, xüsusilə də "Çal-çağır" verilişinin Azərbaycan mədəniyyətinə ciddi ziyan vurduğunu iddia edib.
Sənətçi bildirib ki, məhz bu tip proqramlar müğənniləri hörmətdən salıb:
"Müğənniləri 'hörmətsiz' edən o verilişlər oldu. 'Çal-çağır'da elə ssenarilər yazıldı ki..."
Kərəmoğlu aparıcı Elçin Əlibəyli haqqında da sərt fikirlər səsləndirib. Onun sözlərinə görə, verilişdə müğənni gəlməyəndə yerinə "balqabaq, kələm qoyulması" kimi addımlar sənət adamlarına qarşı hörmətsizlik olub.
"Bu insan zamanında mədəniyyətimizə xidmət edən insanları qarşı-qarşıya qoyub. Onların mədəniyyətə vurduğu ziyanı bundan sonra 100 il keçsə də heç kim qaldıra bilməyəcək".
Aktyor əlavə edib ki, reytinq naminə sənət adamlarının nüfuzu zədələnib:
"Reytinq naminə etdilər. Nə qazandılar ki, hanı indi? Sənət adamlarını gözdən saldılar".
Sərxan Kərəmoğlu həmçinin bildirib ki, arxayın edilib verilişə dəvət olunarkən efirdə işlədilən ifadəyə etiraz edib və həmin hissənin çıxarılmasını tələb edib:
"Aparıcı Elçin Əlibəyli müğənni efirə gəlməyəndə onun yerinə balqabaq, kələm qoyurdu. Bu insan zamanında mədəniyyətimizə xidmət edən adamları qarşı-qarşıya qoyub. Onların mədəniyyətə vurduğu ziyanı bundan sonra 100 il keçsə də, heç kim aradan qaldıra bilməyəcək.
Gözümün önündə ailələrə, övladlara nə göz yaşları, nə qarğışlar oldu. Bütün bunlar reytinq naminə edilirdi. Nə qazandılar ki? İndi nəticəsi haradadır? Sənət adamlarını gözdən saldılar.
Elçin Əlibəyli məni təkidlə verilişinə dəvət etmişdi. Orada efirə getməməli olan nalayiq ifadə işlədildi. Dedim ki, həmin hissəni çıxarın, bu mənə qarşı zərbədir. Mən kiçik vəzifədə çalışan biri deyildim. Onun xisləti budur - çoxları da ondan narazıdır. Məncə, bu cür yanaşma mədəniyyətimizə xələl gətirir.
Aparıcı istəsə, insanı rəzil də edə bilər, vəzir də".
Onun bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər sənətçinin fikirlərini dəstəkləsə də, digərləri məsələni fərqli prizmadan dəyərləndiriblər.
Musa
Milli.Az