Müğənni Zeynəb Həsəni növbəti dəfə efirdə səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, sənətçi şəxsi həyatı və sevgi anlayışı ilə bağlı olduqca emosional açıqlamalar verib.
O, bildirib ki, bütün sevgisini bir insanda - atasında cəmləyib və bu səbəbdən başqa bir kişiyə qarşı sevgi hissi yaşaya bilmədiyini deyib:
"Bütün sevgimi bir şəxsdə - atamda cəmlədiyimə görə başqa sevgilərə baxa bilmirəm. Qapımı bağlamışam. Atamdan başqa kişini ölənədək sevmərəm".
Rahidə əlavə edib ki, həyatı dərk etdiyi andan etibarən ən çox sevdiyi insan atası olub və bu hissin dəyişəcəyinə inanmır:
"36 yaşıma qədər belə olubsa, dəyişməyəcək. Son nəfəsimə qədər yanımda olması nəsib olsun".
İfaçı atasının sevgisini hər şeydən üstün tutduğunu vurğulayıb və başqa bir sevgiyə ehtiyac duymadığını bildirib. O, atasından sevgi görməyən qızların başqa münasibətlərdə sevgi axtardığını qeyd edərək, sevgi anlayışının fərqli olduğunu deyib:
"Sevgi dilənmək ayrı şeydir. Atasından sevgi görməyən qızlar başqasından sevgi dilənir. Ona görə dilənçiyə də qəpik-quruş verilir. Mənim sevgi anlayışım budur. Atamın sevgisinə mənim sevgim çatmaz. Biz 5 uşağıq, atam üçün 5 barmağıq, amma atam bizim üçün bütövlükdə bədəndir".
Sənətçinin bu sözləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəziləri onun atasına bağlılığını təqdir etsə də, digərləri həyatın dəyişkən olduğunu və fikirlərin dəyişə biləcəyini vurğulayıblar.
Musa
Milli.Az