"Məşhur müğənnilər mənə ELÇİ GƏLİBLƏR"

27 Fevral 2026 12:00

Məşhur müğənni Qumral Musayeva bu yaxınlarda "Rəngarəng" verilişinin canlı efirində şəxsi həyatına dair maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, o, sənət karyerası ilə yanaşı, ona münasibət bildirən məşhur müğənnilərdən də söz açıb. 

Musayeva bildirib ki, efirdə onunla ailə qurmaq istəyən tanınmış müğənnilər olub, hətta bəzi sənətçilər elçi də göndəriblər. Lakin o, bu təklifləri qəbul etməyib və bu cür münasibət qurmaq niyyətində olmadığını vurğulayıb:

"Mənim olan mənimdir, heç kimlə paylaşa bilmərəm," - deyə ifaçı münasibətlərə dair açıq fikirlərini bölüşüb. O, əlavə edib ki, müğənni ilə ailə qurmağı düşünə bilməz, çünki bu, onun üçün mümkün deyil.

Qumral eyni zamanda ərinin kliplərdə qızlarla çəkilməsi və müxtəlif səfərlərə getməsini qəbul edə bilməyəcəyini qeyd edib. 

Musa
Milli.Az