ADY yeni istiqamət üzrə sərnişindaşımaya başlayacaq

25 Fevral 2026 23:56

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yeni istiqamət üzrə sərnişin daşıma fəaliyyətinə başlayacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, sürətli qatarlar Kürdəmir Dəmiryol Stansiyasında da dayanacaq.

Hazırda Kürdəmir istiqamətində sərnişindaşımanın təşkili ilə bağlı hazırlıq işləri aparılır. Artıq Kürdəmir Dəmiryol Stansiyasında təmir işləri həyata keçirilir.

Bu istiqamətdə sərnişindaşımalara yaxın günlərdə başlanılması planlaşdırılır.

Milli.Az