"Barselona" prezident seçkilərində favorit bəlli olub

25 Fevral 2026 22:49

"Barselona" prezident seçkilərində favorit bəlli olub.

Milli.Az xəbər verir ki, Xoan Laporta hazırda "Barselona" prezident seçkilərinin favoriti hesab olunur.

300 klub üzvü arasında aparılan sorğuda keçmiş prezident 58,66% dəstək toplayaraq rəqiblərindən əhəmiyyətli üstünlük qazanıb.

Rəqiblərin dəstəyi isə belədir:

Font - 20,33%

Ciria - 7,33%

Vilaxoana - 1,33%

Qərarsızlar - 12,33%

Laporta hazırda rəqiblərinə nisbətən açıq üstünlük sahibidir və seçkilərdə qalib gəlmək üçün favori olaraq qalır.

Milli.Az