"La Liqa" artıq dünyanın ikinci ən çox gəlir əldə edən liqası deyil.
Milli.Az xəbər verir ki, "Bundesliqa" klubların ümumi gəlirinə görə "La Liqa"nı geridə qoyub. Buna baxmayaraq, "Real Madrid" hələ də dünyanın ən çox gəlir əldə edən klubu olaraq qalır.
2024/25 mövsümü üzrə klubların ümumi gəlirlərinə görə TOP-5 liqa:
"Premyer Liqa" (İngiltərə) -7,48 milyard €
"Bundesliqa" (Almaniya) -3,9 milyard €
"La Liqa" (İspaniya) -3,8 milyard €
"Seriya A" (İtaliya) -2,9 milyard €
"Liqa 1" (Fransa) -2,6 milyard € (Offsideplus.az)
Milli.Az