"Elgizlə izlə" verilişinin yayımı dayandırıldı

25 Fevral 2026 16:14

Xəbər verdiyimiz kimi, aparıcılığını Elgiz Əkbərin etdiyi "Elgizlə izlə" və Tarix Əliyevin "Tarixin bir günü" proqramının yayımı dayandırılıb. 

Milli.Az xəbər verir ki, bu gün səhər saatlarında Tolikin verilişi canlı olmasa da efirə gedib. 

Elgizin isə ARB TV-də saat 14:45-də başlayan proqramı yayımlanmayıb. Onun əvəzində efirə "Sən demə" adlı proqram verilib. 

Qeyd edək ki, bir neçə gündür sənət adamları bayağı müğənnilərin qonaq edildiyi proqramları tənqid edirlər.

Milli.Az