Ukrayna, Rusiya və ABŞ yenidən danışıqlar masasında

25 Fevral 2026 15:37

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə növbəti üçtərəfli görüşün mart ayının əvvəlində təşkil olunmasının nəzərdə tutulduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, onun sözlərinə görə, danışıqların martın ilk günlərində baş tutacağı gözlənilir.

Zelenski həmçinin bildirib ki, fevralın 26-da Cenevrədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustəm Umerov ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş keçiriləcək.

Onun sözlərinə görə, müzakirələr üç əsas istiqaməti əhatə edəcək: Ukraynanın bərpası ilə bağlı paket və onun detalları, planlaşdırılan üçtərəfli görüşün təşkili məsələləri, eləcə də əsir mübadiləsi prosesi. Mübadilə ilə bağlı təfərrüatları Umerov təqdim edəcək.

Asya
Milli.Az