Qazaxıstanda hərbi təyyarə qəzaya uğradı

25 Fevral 2026 13:42

Bu gün Qazaxıstanın Karaqanda bölgəsində planlı təlim uçuşları zamanı Su-30 tipli hərbi təyyarə qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təyyarənin ekipajı vaxtında katapult edib və onların həyatına heç bir təhlükə yoxdur.

Qəzanın baş verdiyi ərazi polis tərəfindən təcrid olunub və yerli əhali ilə infrastruktur obyektlərinə heç bir təhlükə yoxdur.

Milli.Az