Qarabağ Universitetinin elmi fəaliyyəti genişləndirilir

25 Fevral 2026 13:22

"Mühüm məsələlərdən biri gələcək elmi tədqiqatlarımızda postmüharibə dövrü ilə bağlı araşdırmaların gücləndirilməsidir".

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının 2025-ci ilin elmi yekunlarına həsr edilmiş ümumi yığıncağında Milli Məclisin deputatı Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, bütün sahələr üzrə, xüsusilə insanların psixi diaqnostikası, psixi reabilitasiyası və müalicəsi istiqamətində elmi fəaliyyət genişləndirilməlidir:

"Bu işlərdə istər Tibb Universiteti, istər psixologiya kafedraları, istərsə də Qarabağ Universitetinin tibb fakültəsi fəal iştirak etməlidir. Söhbət yalnız psixoloji yardımdan deyil, ümumilikdə kompleks psixi tədqiqatların gücləndirilməsindən gedir".

Mina Mikayılova
Milli.Az