Akademiyada elmi məktəblərə xüsusi diqqət yetiriləcək

25 Fevral 2026 12:47

"Ümumiyyətlə, hər bir tədqiqatçı və alim yaxşı bilir ki, elmi məktəb yaratmaq nə qədər çətindir və həmin məktəbi sonradan davam etdirə biləcək mütəxəssislər yetişdirmək də bir o qədər mürəkkəb prosesdir."

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının 2025-ci ilin elmi yekunlarına həsr edilmiş Ümumi yığıncağında Milli Məclisin deputatı Əhliman Əmiraslanov deyib.

"Hesab edirəm ki, biz həm akademiyanın rəyasət heyəti, həm Elm və Təhsil Nazirliyi, həm də digər qurumlar olaraq tariximizdə mövcud olan elmi məktəblərə xüsusi diqqət yetirməli, onların varisliyini qoruyub saxlamalı və bu prosesə son dərəcə məsuliyyətlə yanaşmalıyıq."

Ə. Əmiraslanovun sözlərinə görə, elmi məktəblərin davamlılığı təmin olunarsa, yalnız bu halda uğurlu addımlar atmaq olar:

"Bu istiqamətdə xüsusi proqramın hazırlanması olduqca vacibdir."

Mina Mikayılova
Milli.Az