“Türkdilli Dövlətlər” sözündən əl çəkmək lazımdır

25 Fevral 2026 12:44

"Türkdilli dövlətlər" sözündən əl çəkmək lazımdır. 

Milli.Az xəbər verir ki, bunu AMEA-nın müşaviri Yaqub Mahmudov bu gün AMEA-nın 2025-ci ildəki elmi-təşkilati fəaliyyətinə həsr edilmiş Ümumi Yığıncağında çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, hazırda türk dünyası tarixində həll edici illər yaşanır və  Azərbaycan bu məsələdə həlledici rol oynayır:

"Artıq "Türk Dövlətləri Təşkilatı" yaradılıb və bu "Türkdilli dövlətlər" demək deyil. Elə bil biz türk deyilik, bizim ağzımıza dil keçirdiblər".

Mina Mikayılova
Milli.Az