Bakıda şirkət külli miqdarda cərimələnib.
Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "Brand Metal" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC( barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması) maddəsi ilə protokol tərtib edib.
Buna səbəb MMC tərəfindən Ətraf mühitə atılan, axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması nəticəsində ətraf-mühitin çirkləndirilməsi halına yol verilməsi olub. İşə məhkəmədə baxılıb.
Məhkəmənin qərarı ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən 10500 manat cərimə edilib.
Qeyd edək ki, tullantı akkumulyatorların təkrar emalı və qurğuşun istehsalı ilə məşğul olan "Brand Metal" MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Əliyeva Gülnar Namizəd qızıdır.
Milli.Az