7 kəndi birləşdirən yolda güclü sürüşmə OLDU

25 Fevral 2026 11:11

Lənkəranda yolda sürüşmə olub.

Milli.Az xəbər verir ki, son günlər yağan intensiv yağışlardan sonra Lənkəran rayonunun Hirkan-Daşdatük-Biləsər avtomobil yolunda torpaq sürüşməsi baş verib. Nəticədə yolun asfalt örtüyü çöküb, nəqliyyatın hərəkətinə çətinliklər yaranıb.

Qeyd edək ki, sözügedən yol 7 yaşayış məntəqəsini şəhər mərkəzi ilə birləşdirir./Apa

Milli.Az