Braziliyada illər əvvəl sevgilisinin qətli ilə bağlı məhkum olunmuş tanınmış futbolçu yenidən gündəmə gəlib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, söhbət vaxtilə Flamengo klubunun kapitanı olmuş qapıçı Bruno Fernandes de Souzadan gedir.
2013-cü il martın 8-də məhkəmə qərarı ilə o, sevgilisi və övladının anası Eliza Samudionun qətli ilə bağlı 22 il azadlıqdan məhrum edilib. İstintaq materiallarında bildirilib ki, qadının cəsədi aşkar edilməyib. Versiyalara görə, qalıqların bir hissəsi itlərə verilib, digər hissəsi isə beton altında gizlədilib. Fernandes ittihamları qəbul etməsə də, əmisi oğlu cinayətdə iştirak etdiyini etiraf edib.
2017-ci ildə amnistiya əsasında həbsdən çıxan sabiq qapıçı futbol fəaliyyətini aşağı liqa klublarında davam etdirib. Hazırda 41 yaşı olan Fernandes komandasının - Vasco da Gamanın Braziliya Kubokunda mübarizə aparacağını açıqlayıb.
Bununla yanaşı, o, futbolçu karyerasını başa vurduqdan və 2031-ci ildə şərti cəza müddəti tamamlandıqdan sonra siyasətə qoşulmaq niyyətində olduğunu da bəyan edib. Fernandesin bu açıqlaması Braziliya ictimaiyyətində müzakirələrə səbəb olub.
Hüseyn
Milli.Az