Bakıda mənzildən kişi meyiti tapıldı

25 Fevral 2026 09:13

Xətai rayonunda mənzildən kişi meyiti tapılıb.

Milli.Az xəbər verir ki, hadisə dünən saat 17 radələrində baş verib.

Belə ki, 1947-ci il təvəllüdlü Aleksey Tyutyunikovun meyiti yaşadığı Bakı şəhəri, Xətai rayonu, Seyid Əzim Şirvani küçəsində yerləşən mənzildə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır./Trend.Az

Milli.Az