Aparıcılar Tarix Əliyevlə Elgiz Əkbərin verilişinin yayımı dayandırılıb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, son günlər sosial şəbəkələrdə aparılan müzakirələr və qalmaqallardan sonra bu qərar verilib.
Elgizin həftəiçi hər gün ARB-də yayımlanan "Elgizlə izlə", Tolikin isə "Space" TV-də ekrana gələn "Tarixin bir günü" proqramı bağlanıb.
Məsələ ilə bağlı aparıcıların özləri ilə əlaqə saxlamağa çalışılsa da, onlar zənglərə cavab verməyib.
Milli.Az