"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.
Milli.Az-ın məlumatına görə, "Sent-Ceyms Park" stadionunda İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 2:3 hesabı ilə uduzub.
Ev sahiblərinin qollarını Sandro Tonali (5), Joelinton (6) və Sven Botman (52) vurublar. Ağdam təmsilçisinin heyətində isə Kamilo Duran (51) və Elvin Cəfərquliyev (57) diqqət mərkəzinə düşüblər.
İlk matçda da rəqibinə uduzan (1:6) "köhlən atlar" Çempionlar Liqası ilə vidalaşıb.
--------------
Elvin Cəfərquliyev "Qarabağ"ın ikinci qolunu vurur.
-----------
52-ci dəqiqədə Sem Botman ingilislərin 3-cü qolunu vurur.
----------
50-ci dəqiqədə Kamilo Duran təmsilçimizin ilk qolunu vurur.
-------------
6-cı dəqiqədə Joelinton hesab arasında fərqi artırır.
-----------
5-ci dəqiqədə meydan sahibləri hesabı açır. Sandro Tonali fərqlənir.
-----------
Matç başladı.
------------
"Qarabağ" yaxın dəqiqələrdə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq.
Milli.Az xəbər verir ki, Qurban Qurbanovun kollektivi İngiltərədə "Nyukasl"la münasibətlərə aydınlıq gətirəcək.
Matç saat 00:00-da start götürəcək. Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.
Xatırladaq ki, Bakıdakı ilk görüşdə "Nyukasl" 6:1 hesabı ilə qalib gəlib.
Milli.Az