Kartof kotleti tərkibindəki nişasta səbəbindən doyurucu olsa da, süfrənin balansını qorumaq üçün yanına daha yüngül və təravətləndirici dadlar əlavə etmək tövsiyə olunur.
Milli.Az xəbər verir ki, kartof kotletinin ən yaxın dostu qatıqdır. O, qızartmanın ağırlığını götürür və yeməyi daha dadlı edir:
Sarımsaqlı qatığın üzərinə bir az kərə yağında yandırılmış pul bibər əlavə etməklə ləzzəti ikiqat artıra bilərsiniz.
Və ya, nanəli və pendirli qatıq məzəsi kotlet ilə mükəmməl uyğunlaşır.
Acılı əzmə - acı sevənlər üçün iştahaçan bir seçimdir.
Təravətli Salatlar
Kotletin yanında mütləq yaşıl rəng və turşməzə dad olmalıdır:
Çoban salatı
Sumaqlı soğan salatı
Qatıqlı pərpətöyün salatı
Əgər süfrəni daha zəngin etmək istəyirsinizsə:
Tərəvəz qızartması və ya sobada tərəvəz
Pomidor souslu makaron
Ədviyyatlı düyü
İçkilər və Kiçik Toxunuşlar
Ayran
Ev limonadı
Turşu
Lavaş - kotleti lavaşın arasına qoyub dürüm kimi yemək də ayrı bir ləzzətdir.
Lalə Qüdrətova
Milli.Az