Tonqala yıxılan yeniyetmə xəstəxanaya yerləşdirildi

24 Fevral 2026 20:55

Gəncədə çərşənbə tonqalına yıxılan yeniyetmə yanıq xəsarətləri alıb.

Milli.Az-ın məlumatına görə, Gəncə şəhər ərazisində 15 yaşlı T.Şükürov çərşənbə tonqalının üzərindən tullanmaq istəyən zaman ehtiyatsızlıqdan ocağa yıxılıb.

Nəticədə o, yanıq xəsarətləri alıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az