Yevlax şəhərində kafedə partlayışla nəticələnən yanğın baş verib.
Milli.Az-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb. İlkin ehtimala əsasən, yanğın qaz balonunun partlaması nəticəsində baş verib.
Hadisə zamanı kafenin sahibi; Ruslan adlı şəxs xəsarət alıb. O, dərhal tibbi yardım üçün aidiyyəti üzrə çatdırılıb.
Əraziyə cəlb olunan FHN-in yanğınsöndürən qüvvələri alovu qısa müddətdə söndürüb.
Faktla bağlı araşdırma aparılır.
-----------
Yevlax şəhərinin Aran qəsəbəsində ümumi sahəsi 230 m² olan kafenin yanar konstruksiyaları yanıb.
Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
"Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə əlavə edilib.
Milli.Az