Öldürülən narkobaron "qoşun" yaradıbmış... - İnanılmaz GÖRÜNTÜLƏR - VİDEO

24 Fevral 2026 16:45

Kartel üzvlərinin hərbi geyimdə və ağır silahlarla əks olunduğu görüntülər yenidən sosial şəbəkələrdə yayılaraq geniş rezonans doğurub.

Milli.Az xəbər verir ki, kadrların 4-5 il əvvəl çəkildiyi bildirilsə də, onların yenidən gündəmə gəlməsi ictimaiyyətdə təəccüb və narahatlıq yaradıb.

Məlumata görə, başına ABŞ tərəfindən 15 milyon dollar mükafat qoyulan "El Menço" ləqəbli Nemesio Oseguera Cervantes kartel rəhbəri öldürülüb. O, vaxtilə polis orqanlarında çalışsa da, sonradan narkotik şəbəkəsinin liderinə çevrilmişdi.

Meksika polisi əməliyyat nəticəsində kartel başçısının zərərsizləşdirildiyini açıqlayıb. Rəsmi qurum hadisə ilə bağlı əlavə təfərrüatların araşdırıldığını bildirib.

Sosial mediada yayılan köhnə görüntülərdə kartel üzvlərinin müasir silahlarla və hərbi təchizatla hərəkət etdiyi əks olunur. Həmin kadrların yenidən viral olması mövzuya marağı daha da artırıb.

Hüseyn
Milli.Az