Toliklə Səidə İLLƏR ÖNCƏ - VİDEO

24 Fevral 2026 16:30

Xəbər verdiyimiz kimi, müğənni Səidə Sultan ilə aparıcı Tarix Əliyev (Tolik) arasında yaranan qalmaqal sosial şəbəkələrdə geniş rezonans doğurub.

Milli.Az xəbər verir ki, mübahisənin fonunda illər əvvəl onların birlikdə qatıldıqları televiziya verilişindən səmimi və əyləncəli rəqs görüntüləri yenidən gündəmə gəlib. Həmin kadrlar qısa zamanda yayılaraq minlərlə baxış toplayıb və çoxsaylı şərhlərə səbəb olub.

İzləyicilər bir zamanlar mehriban münasibət sərgiləyən şou nümayəndələrinin hazırkı gərginliyini müzakirə edirlər.

Xatırladaq ki, qalmaqal Səidə Sultanın verilişlərdə baş verən xoşagəlməz hallarla bağlı sosial media hesabında paylaşım etməsi və aparıcıları sərt tənqid etməsi ilə başlayıb. Bundan sonra tərəflər arasında söz atışması yaranıb.

Məlumata görə, gərginliyin artması fonunda Tolik müğənnini polisə şikayət edib. Hadisə şou-biznes ictimaiyyətində və sosial platformalarda müzakirə mövzusuna çevrilib.

Hüseyn
Milli.Az