Akula həkimi parçaladı

24 Fevral 2026 15:39

Yeni Kaledoniyada məşhur çimərlik yaxınlığında vindserfinqlə məşğul olan 55 yaşlı kişi akula hücumu nəticəsində həlak olub.

Milli.Az xəbər verir ki, bu barədə 24 fevralda RNZ nəşri məlumat yayıb.

Hadisə 22 fevralda Numea şəhəri sahillərində baş verib. Qan içində olan kişi cəsədi istirahət edənlər tərəfindən aşkar edilib. Ans-Vata çimərliyi tamamilə boşaldılıb və ərazi mühasirəyə alınıb. Bildirilir ki, həyatını itirən şəxs təcili tibbi yardım sahəsində çalışan mütəxəssis olub. Onun cəsədi ekspertizaya göndərilib.

Numea prokuroru Yves Dupas yerli KİV-ə açıqlamasında bildirib ki, həkimin sağ əlində və ayağında dərin yaralar qeydə alınıb. Onun sözlərinə görə, xəsarətlərin yırtıcı tərəfindən yetirildiyi ehtimal olunur. Prokuror hadisənin dəqiq şəraitinin hələ müəyyənləşdirilmədiyini vurğulayıb.

Ayxan
Milli.Az