"İç geyimi ilə efirə çıxan sizsiz, xalqa nəyin üsyanını edirsiniz?” - VİDEO

24 Fevral 2026 15:05

"Səidə Sultan, zamanının ən açıq geyinən, efirdə kifayət qədər açıq-saçıq danışan müğənnilərdən olmusunuz".

Milli.Az xəbər verir ki, bunu aparıcı Səidə Bəkirqızı sosial şəbəkə hesabında yaranan qalmaqallar fonunda müğənni Səidə Sultan haqqında deyib.

"Fərqiniz nədən ibarətdir? Bu gün də açıq-saçıq geyinən, şortiklə efirə çıxan müğənnilər var. İç geyimi ilə çıxırsınız da efirdə, nəyin üsyanını edirsiniz?"

Qeyd edək ki, Səidə əvvəlcə verilişlərdə yaşanan xoşagəlməz halları sosial şəbəkədə paylaşaraq aparıcıları sərt tənqid etmişdi. Bundan sonra Toliklə ifaçı arasında gərginlik artıb və Tolik Səidəni polisə şikayət edib.

Milli.Az