İranla bağlı gərginlik artır - ABŞ-dən hərbi rəhbərliyə XƏBƏRDARLIQ
24 Fevral 2026 14:43
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn İrana qarşı mümkün hərbi əməliyyatların ABŞ üçün uzunmüddətli və riskli münaqişəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
Milli.Az xəbər verir, o, bu fikirləri Prezident Donald Tramp və administrasiya rəsmiləri ilə müzakirələrdə səsləndirib. Bildirilir ki, Ağ ev daxilində məsələyə yanaşmalar fərqlidir. Vitse-prezident Cey Di Vens də uzunmüddətli qarşıdurma riskindən narahatlığını ifadə edib.
Eyni zamanda, ABŞ-ın USS Gerald R. Ford aviadaşıyıcısı Suda Bay bazasına çatıb və fevralın 27-dək orada qalacaq.