Bu axşam UEFA Çempionlar Liqasında pley-off mərhələsinin dörd oyunu keçiriləcək.
Milli.Az xəbər verir ki, "Qarabağ" İngiltərədə "Nyukasl Yunayted" klubunun qonağı olacaq.
İzləyicilər "Nyukasl Yunayted" - "Qarabağ" oyununu İctimai TV-də izləyə biləcəklər.
Günün digər maraqlı qarşılaşmalarında isə "İnter" "Budyo Qlimt" ilə, "Atletiko Madrid" "Brügge" ilə üz-üzə gələcəklər. Hər iki qarşılaşma "CBC Sport" TV-də canlı yayımlanacaq.
Milli.Az