Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin xanım tələbələri şantaj olunur.
Milli.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, tələbələrin fotoları onların "TikTok" profillərindən götürülərək əxlaqsız formada montaj edilib və saxta hesab vasitəsilə paylaşılıb.
İddialara görə, həmin paylaşımları təxminən 20-25 yaşlarında bir kişi edib. Tələbələr həmin videoların silinməsi üçün pul təklif etdikdə isə, söyləyib ki, o, bunları pul üçün etməyib. Bildirib ki, özü hüquq fakültəsinə qəbul olmaq istəyib, amma balı çatmayıb. Məhz buna görə də hüquq tələbələrinə qarşı qərəzi olub.
Bakı Dövlət Universitetindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məsələ ilə bağlı tələbələr tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.
Mina Mikayılova
Milli.Az