Fevralın 23-də Nehrəm qəsəbəsində şəhid Orucəli Həmzəyevin atası, 1958-ci il təvəllüdlü Nağı Orucəli oğlu Həmzəyev vəfat edib.
Milli.Az xəbər verir ki, mərhum Nehrəm qəsəbə qəbristanlığında dəfn olunub.
Xatırladaq ki, Orucəli Həmzəyev 31 dekabr 1983-cü ildə Naxçıvan MR, Babək rayon, Nehrəm kəndində anadan olub. 12 yanvar 2001-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və 14 may 2002-ci ildə Şahbuz rayonunun "Qanlı göl" postunda xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub.
Allah rəhmət eləsin.
Milli.Az