Abdul Xalid göz yaşı içində: "Övladı tapmaq olar..." - VİDEO

24 Fevral 2026 11:00

Müğənni Abdul Xalid televiziya efirində duyğusal anlar yaşayıb.

Milli.Az xəbər verir ki, sənətçiyə mərhum atasının süni intellekt vasitəsilə hazırlanmış görüntü və səs yazısı təqdim olunub.

Gözlənilməz sürpriz qarşısında kövrələn ifaçı atasının ekranda canlandırılan görüntüsünü izləyərkən göz yaşlarını saxlaya bilməyib. Studiyada emosional anlar yaşanıb.

Abdul Xalid hisslərini belə ifadə edib:

"Övlad tapmaq olar, amma ata-ananı tapmaq mümkün deyil...". Onun bu sözləri həm aparıcını, həm də tamaşaçıları təsirləndirib.

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilər arasında geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az