ABŞ diplomatlarına bu ölkəni tərk etməyi tapşırdı

24 Fevral 2026 10:36

ABŞ Dövlət Departamenti İranla artan gərginlik fonunda Livandakı "vacib olmayan diplomatlara və onların ailə üzvlərinə" ölkəni tərk etməyi tapşırıb.

Milli.Az xəbər verir ki, rəsminin sözlərinə görə, qərar bölgədə təhlükəsizlik risklərinin artması ilə əlaqədardır və sözügedən personal müvəqqəti olaraq Livanı tərk edəcək.

ABŞ Dövlət katibi Marko Rubio bu həftəsonu İsrailə planlaşdırılan səfərini təxirə sala bilər.

Qeyd edək ki, Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə danışıqlarının üçüncü raundunun fevralın 26-da Cenevrə şəhərində keçirilməsi planlaşdırılır.

Tərəflər dolayı danışıqlar üçün fevralın 6-da Omanda görüşərək, təmasların davam etdirilməsi barədə razılığa gəliblər. Danışıqlar daha sonra fevralın 17-də Cenevrədə davam etdirilib.

Milli.Az