Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü, 23 yaşlı Səddam Allahverdiyev, sərnişinlər - 24 yaşlı Cəmil Şərifli və 25 yaşlı Okan Həmidli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar tibbi yardım üçün xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Malik
Milli.Az