“Bu biabırçılığı necə camaatın üstünə atmaq olar?”

24 Fevral 2026 10:30

Tele-aparıcı Saleh Bağırov yenidən efirlərlə bağlı fikirlərini bölüşüb.

Milli.Az xəbər verir ki, o, televiziya verilişlərindəki vəziyyəti şərh edib.

Aparıcı bununla bağlı tamaşaçıları günahlandıranlara qəzəbini dilə gətirib:

"Hər şeyi edib, bütün biabırçılığı necə camaatın üstünə atmaq olar? Tamaşaçının nə istədiyini kim ölçür? İnsanlar normal kontent istəyir. Televiziya lazımsız olsaydı, bu söhbət bu qədər qabarmazdı. Camaat ailəsi ilə oturub baxa biləcəyi efir istəyir. İllərlə danışılıb-yazlıb. Heç nə dəyişməyib. Televiziyadan bu şəkildə istifadə etmək həqarətdir. İnsanların dünyasına eybəcər şəkildə daxil olub, əxlaqsızlığı nümayiş etdirirlər. Bizim gördüyümüzü televiziya rəhbərləri və aidiyyatı qurumlar da görürür. Təsaüfi küçə adamları efirdə söz sahibi olur. Aparıcılıq sənətinə xələl gətirənlər camaatın qarşısında əl silkələyib öyünürlər". 

Musa
Milli.Az