Sosial şəbəkələrdə yayılan maraqlı bir foto geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, həkim tərəfindən paylaşılan test üsulunda istifadəçilərə sadə bir sual ünvanlanır: "Şəkildə kimi görürsünüz?"
Fotoda iki dünya şöhrətli şəxsin obrazı əks olunub: Merilin Monro və Albert Eynşteyn effekti.
Testə görə, şəkilə baxanların bir qismi məşhur aktrisa Merilin Monronu gördüyünü bildirir. Şəkilə daha yaxından və detallara fokuslanaraq baxanlar isə Albert Eynşteynin cizgilərini seçdiklərini deyirlər.
Mütəxəssislərin sözlərinə görə, bu cür vizual illüziyalar kontrast, kölgə və detal səviyyəsi ilə bağlıdır. Uzaq məsafədən baxdıqda insan gözü ümumi formaya diqqət yetirir, yaxından baxdıqda isə xırda detallar ön plana çıxır.
Görmə zəifliyi ilə bağlı iddialar
Əgər insan ilk baxışda Merilin Monronu görürsə, bu, görmənizdə problem olduğunu göstərir. Əksinə, Eynşteyni görənlər görmə ilə bağlı hər şey qaydasındadır.
Lakin oftalmoloqlar qeyd edirlər ki, bu test tam tibbi diaqnostika üsulu sayılmır. Bu, daha çox optik illüziya prinsiplərinə əsaslanan maraqlı sosial eksperimentdir.
Mövzu qısa zamanda minlərlə rəy toplayıb. İstifadəçilər şərhlərdə kimləri gördüklərini yazaraq müzakirəyə qoşulublar. Bəziləri testi əyləncəli və maraqlı hesab ediblər.
Hər halda, "Şəkildə kimi görürsünüz?" sualı bir daha göstərdi ki, insan gözü və beyni eyni görüntünü fərqli şəkildə qavramağa qadirdir. Bu isə həm psixologiya, həm də görmə mexanizmləri baxımından maraqlı nümunə kimi diqqət çəkir.
Hüseyn
Milli.Az