İngilislər onu diqqətdə saxlayacaq - “Qarabağ”ın 9 nömrəsi

24 Fevral 2026 00:35

"Nyukasl" futbolçuları "Qarabağ"la matçda Ağdam təmsilçisinin yarımmüdafiəçisi Xoni Montieli diqqətdə saxlayacaqlar.

Milli.Az xəbər verir ki, bunu "Nyukasl" klubunun futbolçusu Ceykob Mörfi "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

O, "Qarabağ"ın zəif rəqib olmadığını vurğulayıb:

"Qarabağ" əslində çətin rəqibdir. Heyətlərində 9 nömrəli futbolçu Xoni Montiellə arxadan yaxşı hücumlar qururlar. Bu məqama diqqət yetirməliyik. Doğma meydanda çıxış etdiyimiz üçün öz oyun prinsiplərimizi tətbiq etməyə çalışacağıq".

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk qarşılaşmada qonaqlar 6:1 hesabı ilə üstün olub.

Milli.Az