Türkiyə Superliqasının 23-cü turunun bağlanış matçında "Fənərbaxça" doğma meydanda "Kasımpaşa"nı qəbul edib.
Milli.Az xəbər verir ki, "sarı-lacivərdilər" son dəqiqə qolu ilə qələbəni əldən verərək meydandan 1:1 hesablı bərabərliklə ayrılıb.
Matçın taleyi əlavə edilmiş dəqiqələrdə həll olunub. Görüşün 90+5-ci dəqiqəsində meydan sahiblərinin ulduz futbolçusu Marko Asensio hesabı açaraq "sarı-lacıvərdlilər"i önə keçirib. Lakin 90+3-cü dəqiqədə Ben Ouanesin qırmızı vərəqə alması ilə 10 nəfərlə qalan "Kasımpaşa" mübarizəni dayandırmayıb. Matçın 90+11-ci dəqiqəsində Cim Allevina fərqlənərək hesaba tarazlıq gətirib.
Qeyd edək ki, bu nəticə "Fənərbaxça" üçün xüsusilə ağır olub, çünki ötən gün turnir cədvəlinin lideri "Qalatasaray"ın "Konyaspor"a 0:2 hesablı məğlubiyyəti Domeniko Tedeskonun yetirmələrinə xalları bərabərləşdirmək şansı vermişdi. Lakin bu heç-heçədən sonra "Fənərbaxça" 53 xalla ikinci pillədə qalıb və 55 xalı olan "Qalatasaray"dan 2 xal geri düşüb. "Kasımpaşa" isə bu vacib xalla xallarının sayını 20-yə çatdırıb.
Milli.Az