Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
Milli.Az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Emirhan Topçu sıradan çıxıb.
Türkiyəli futbolçu Super Liqanın 23-cü turunun "Göztepe" ilə matçında ayaq əzələsindən zədələnib. 25 yaşlı mərkəz müdafiəçisinin 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.
Qeyd edək ki, "Beşiktaş" Emirhan Topçunu 2024-cü ilin yayında "Rizespor"dan 3,4 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 1 qol vurub.
Milli.Az