Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Göygöl rayon Dövlət Arxivinə yeni müdir təyin olunub.
Milli.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Hüseyn Hamlet oğlu Məhərrəmli təyinat alıb.
Qeyd edək ki, H.Məhərrəmli 1995-ci ildə anadan olub. O, 2012-2016-cı illərdə Gəncə Dövlət Universitetində ali təhsil alıb. 2018-2024-cü illərdə isə Göygöl Rayon İcra Hakimiyyətində məsləhətçi vəzifəsində işləyib.
Milli.Az