Zaur qohumu tərəfindən DÖYÜLÜB: "Heç vaxt bağışlamayacağam"

23 Fevral 2026 16:08

Aparıcı Zaur Baxşəliyev şəxsi həyatı ilə bağlı diqqətçəkən etiraf edib.

Milli.Az xəbər verir ki, qohumlarından biri tərəfindən fiziki zorakılığa məruz qaldığını açıqlayıb.

Teleaparıcı bildirib ki, hadisə ev şəraitində və ailə üzvlərinin yanında baş verib. Onun sözlərinə görə, həmin anı indiyədək unuda bilmir və yaşadıqları yaddaşında dərin iz buraxıb.

"Bir qohumum tərəfindən şiddət gördüm. O günü hər detalına qədər xatırlayıram - necə mənə sillə vurduğunu, necə döydüyünü. Bu hadisəni nə unutmuşam, nə də bağışlamışam. Bağışlamaq fikrim də yoxdur".

Aparıcı əlavə edib ki, uşaqlıq və ya yeniyetməlik dövründə yaşanan belə hadisələr insanın yaddaşından silinmir:

"Düşünməyin ki, uşaqdır, böyüyəcək və unudacaq. Heç kim belə şeyləri unutmur".

Onun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az